Azərbaycan vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 90 günədək uzadılacaq

Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılacaq.

Median.Az HaberGlobal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

O xatırladıb ki, fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” imzalanıb.

“İki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırılacaq. Bununla da qarşılıqlı səfərlər asanlaşacaq”, – deyə səfir qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *