İranın sabiq səfiri koronavirusdan öldü

İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sabiq diplomat sözügedən virusun daha geniş yayıldığı Qum şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi, vitse-prezident Məsumə Ebtekar, millət vəkili Mahmud Sadıqi də koronavirusa yoluxublar.

İranda koronavirusa yoluxanların sayı 245 nəfərdir. 26 nəfər isə dünyasını dəyişib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *