İmişlidə 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb

İmişlidə yol-nəqliyyat hadisələri zamanı 2 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, “VAZ 2107” markalı avtomobil yolu keçən İmişli rayonu Qaralar kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Şəmistan Alim oğlunu vurub.

Piyada müxtəlif xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər hadisə isə nəqliyyat vasitələrinin toqquşması ilə baş verib.

İmişli sakini, 1992-ci il təvəllüdlü Quliyev Orxan Əhməd oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə İmişli sakini, 1974-cü il təvəllüdlü Bayramov Habil Yalı oğlunun idarə etdiyi “İJ” markalı motosikletlə toqquşub.

Sonuncunun sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *