Bakıda 46 yaşlı kişi intihara cəhd edib

Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Hövsan qəsəbəsi, Məktəbli küçəsi 53 ünvanında qeydə alınıb. 1974-cü il təvəllüdlü Səfərov Səfər İsrafil oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. O, xilas edilərək xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olan S.Səfərov Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *