Vilayət Eyvazov idarə və şöbəni ləğv etdi

Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklik olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.

Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.

Həmin qurumların əməkdaşları da DİN-in digər şöbələrində işlə təmin ediliblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *