Gəncə sakini özünü zəhərlədi

Gəncə sakini çoxlu sayda dərman içib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1989-cu il təvəllüdlü P.İbrahimova yaşadığı evdə dərman qəbul edərək özünü zəhərləyib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. P.İbrahimovanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Qadının hansı səbəbdən özünü zəhərləməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *