Saatlıda yolda vurulan piyada öldü

Saatlı şəhəri ərazisində “Daewoo” markalı avtomobillə yolu keçən piyada vurulub.

Median.Az Trend-ə istinadən xəbər verir ki, martın 5-də saat 12 radələrində Saatlı şəhəri ərazisində Ə.Muradov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən şəhər sakini Həqiqət Həsənovanı vurub. Nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *