Azərbaycanda yaşlı kişi amansızlıqla qətlə yetirildi

Saatlıda 55 yaşlı kişi qətlə yetirilib.

Median.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Qardaşov Paşa Tofiq oğlu qonşusu 1989-cu il təvəllüdlü Əliyev Fariz Sahib oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə öldürülüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *