Şəmkirdə piyadanı avtomobil vurub

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Yolu keçmək istəyən Ülvi Kamranlını avtomobil vurub. Yaralı dərhal xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *