İtaliyada məhbuslar həbsxanadan qaçdı, tanklar küçəyə çıxdı – Video

Koronavirus İtaliyada fövqəladə vəziyyət yaradıb. Onlarla şəhərdə karantin elan olunub. Məktəblər, bağçalar, muzeylər bağlanıb.

Milan və Palermoda məhbuslar həbsxanalarla bunt ediblər. Bir neçə məhbusun təcridxanadan qaçması vəziyyəti dəyişib. Tanklar küçəyə çıxıb, polis onların zərərsizləşdirilməsi, ələ keçirilməsi üçün ciddi fəaliyyətə başlayıb.

Sosial şəbəkələrdə bu hadisə ilə bağlı görüntülər peyda olub. Videoların birində məhbusların cəzaçəkmə müəssisəsinin damına çıxdığı görünür. Digər videoda isə tanklar gözə dəyir.

İtaliya koronavirusa yoluxanların sayına görə Avropada ikinci, dünyada üçüncü yeri tutur. Bu ölkədə 7375 virus daşıyıcı olduğu bildirilir. İndiyə qədər 366 ölüm faktı qeydə alınıb.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *