Bakıda özünü binadan atan feminist qadın əməliyyata hazırlanır

İntihara cəhd edən Bakıda 8 mart günü feministlərin aksiyasında iştirak edən fəal Aysel Ələkbərzadə əməliyyata hazırlanır.

Bu abrədə Bizimyol.info-ya TƏBİB-dən bildirilib.

“Özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edəm 1996-cı il təvəllüdlü A.Ələkbərzadə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-sabitdir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır”-deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Bakıda 8 Mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.

Faktla bağlı araşdırma aparılır.

Xatırldaq ki, Aysel Ələkbərzadə martın 8-də keçirilən yürüşdə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *