Aprelindən 1-dən bu ərazilərdə tibbi sığorta xidmətləri qüvvəyə minəcək

“Aprel ayının 1-dən respublikanın 21 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulacaq. Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sakinləri icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaqlar”.

Bu barədə Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, aprel ayının 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *