İbrahim Məmmədov: “Hazırda koronavirusa yoluxan 15 nəfər var”

“Bizim ölkədə virus pandemiya vəziyyətində deyil”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: “İndiyə qədər 3 nəfər sağalıb”.

“Hazırda koronavirusa yoluxan 15 nəfər var”, – deyə İbrahim Məmmədov qeyd edib.

İ.Məmmədov bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: “Ölkədə bir çox kütləvi tədbirlər qadağan olundu. Dəfn istisna olmaqla, yas mərasimləri qadağan edilir. Xüsusi rejimə riayət etməyənlər cəzalandırılacaq. Biz başqa ölkələrlə müqayisədə əlverişli vəziyyəti qoruyub saxlayırıq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *