Şəmkirdə avtomobil ağaca çırpıldı, ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın Baku.ws-ə istinadən məlumata görə, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Sabir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *