Azərbaycanda ASC sədrindən yeni TƏYİNAT

“Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib.

Bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon elektrik şəbəkəsinin rəisi Vidadi Babayev vəzifədən azad edilib.

Onun yerinə İlham Zeynalov təyin edilib.

V.Babayev isə “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinə rəis müavini təyin edilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı Oxu.Az-a təsdiq edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *