Mahaçqalada hamilə qadın koronavirusdan ölüb

Dağıstanın paytaxtı Mahaçqala şəhərində hamilə qadın koronavirusdan ölüb.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, 27 yaşlı dağıstanlı qadın Maydat Saydullayeva kənddən Xasavyurtdakı xəstəxanaya özü gəlib. Oradan isə gənc qadın dərhal Mahaçqalada Respublika İnfeksion xəstəxanasına köçürülüb.

Qadına COVID-19 və ikitərəfli sətəlcəm diaqnozu qoyulub.

Maydatın vəziyyəti ağır olduğundan o, həmin axşam ölüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *