Şəmkirdə yaşayış evi yanır

Şəmkir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Posanlı qəsəbəsində qeydə alınıb.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon yanğında mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Həmçinin təcili tibbi yardım briqadasında hadisə yerindədir.

Yanğının səbəbi araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *