Bakıda ahıl kişini motosiklet vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Xətai prospektində 1945-ci il təvəllüdlü Əkbərov Hətəm Nəcəf oğlunu motosiklet vurub.

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *