ABŞ-da koronavirusdan ilk ölümün fevralın əvvəlində olduğu ortaya çıxıb

ABŞ-da yeni tip koronavirusla bağlı ölüm hallarının rəsmi açıqlamalardan həftələr əvvəl baş verdiyi üzə çıxıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

ABŞ-ın Kaliforniya ştatının Santa Klara bölgəsinin rəsmiləri ştatda altı və 17 fevralda iki nəfərin COVID-19-dan öldüyünü açıqlayıb.

Buna qədər isə rəsmi açıqlamalar ABŞ-da koronavirusla bağlı ilk ölümün tarixinin 29 fevral olduğunu göstərib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *