Rotterdam “Avroviziya” yarışmasına 2021-ci ildə ev sahibliyi etməyə hazırdır

Aprelin 23-ü Rotterdamın Şəhər şurasının üzvləri “Avroviziya” yarışmasını 2021-ci ildə keçirməklə bağlı qərar qəbul edib.

“NL Times” xəbər verir ki, konkurs planlaşdırıldığı kimi “Ahoy” konsert zalında keçiriləcək.

Təşkilatçılar əlavə olaraq 6,7 milyon avro xərcləməyə hazırdır. Xatırladaq ki, keçirilməsi 2020-ci ildə nəzərdə tutulan yarışma üçün Rotterdam artıq 15 milyon avro xərcləyib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə “Avroviziya” yarışması təxirə salınmışdı. Daha sonra iştirakçıların 2021-ci ildə yeni mahnılarla çıxış etməsi barədə qərar qəbul edilmişdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *