Karantindən çıxışla bağlı yeni qaydaların təqdim olunacağı vaxt açıqlandı – RƏSMİ

“Hazırda aidiyyəti orqanlar tərəfindən bu şəraitdə yeni qaydaların hazırlanması prosesi yekunlaşır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, yeni qaydalar gələn həftənin əvvəlindən sahibkar, müştəri və vətəndaşlara təqdim olunacaq:

“Dövlətin dəstək tədbirləri virusla aparıcı mövqedə deyil. Vətəndaşların da üzərinə böyük yük düşür və sahibkarlar da bir vətəndaş kimi öz töhfəsini verməlidir”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *