Təhsil Nazirliyi: Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur

Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün, bu il də müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyin Telegram səhifəsində məlumat verilib.

Qeyd edilib ki, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *