Koronavirus aşkarlanmamış rayonlar var? – Ramin Bayramlı açıqladı

“Koronavirus infeksiyası aşkar etmədiyimiz rayonlar var. Amma həmin rayonlarda risk davam etdiyi üçün o ərazini sarı zonaya salırıq”.

Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, əgər ətraf rayonlarda da yoluxma aşkar olunmazsa, həmin sahəni yaşılla rəngləyə bilərik və prosesin sıfırlandığını açıq qeyd edə bilərik:

“Buna bölgə üzrə apardığımız epidemioloji təhlillərə əsasən qərar veriləcək”.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *