Türkiyədə koronavirusdan sağalanların sayı 50 mini ötdü – STATİSTİKA

“Türkiyədə son sutkada daha 84 nəfər pandemiyanın qurbanı olub”.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 258 nəfərə çatıb.

Nazir həmçinin daha 2 188 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 122 392-yə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 53 808 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *