Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 1-nə olan statistik göstəriciləri açıqlayıb.
“Report” xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 551 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 146 630 test aparılıb.
![]()
Xatırladaq ki, bu gün Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 40 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 1 854 yoluxma aşkarlanıb. Onlardan 1 365-i sağalıb, 25-i ölüb. Hazırda aktiv xəstə sayı 464-dür.
Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Leave a Reply