Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq Fonda üzv olan “Atabank” ASC və “Amrahbank” ASC dünən “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

Bu barədə fond məlumat yayıb.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, iştirakçı bankların 1 may 2020-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Sıra sayı Reyestr nömrəsi Reyestrə daxil olma tarixi Bankın adı
1 1 30/07/07 ASC “Xalq” Bankı
2 3 30/07/07 “Azərbaycan Beynəlxalq Bankı”ASC
3 4 30/07/07 “ACCESSBANK” QSC
4 6 30/07/07 Bank Melli İran Bakı filialı
5 7 30/07/07 “Azər Türk Bank” ASC
6 9 30/07/07 “Bank of Baku” ASC
7 10 30/07/07 “Bank Respublika” ASC
8 11 30/07/07 “Kapital Bank” ASC
9 13 30/07/07 “AGBank” ASC
10 14 30/07/07 “Muğanbank” ASC
11 15 30/07/07 “Yelo Bank” ASC
12 16 30/07/07 Pakistan Milli Bankının Bakı filialı
13 17 30/07/07 “Rabitəbank” ASC
14 20 30/07/07 “TuranBank” ASC
15 21 30/07/07 “Unibank Kommersiya Bankı” ASC
16 22 30/07/07 “Yapı Kredi Bank Azərbaycan” QSC
17 28 07/08/07 “Expressbank” ASC
18 31 10/09/07 “Azərbaycan Sənaye Bankı” ASC
19 34 10/09/07 “NBC BANK” ASC
20 35 25/10/07 “Günay Bank” ASC
21 36 04/12/07 “Bank Avrasiya” ASC
22 37 04/12/07 “PAŞA Bank” ASC
23 38 29/08/08 “Naxçıvanbank” ASC
24 39 16/01/09 “AFB BANK” ASC
25 40 26/02/09 ASC “Bank VTB (Azərbaycan)” 
26 42 28/04/09 “PREMİUM BANK” ASC
27 43 15/04/10 “Bank BTB” ASC
28 45 15/05/15 “Ziraat Bank Azərbaycan” ASC

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *