Türkiyədə koronavirusa yoluxanların sayı 130 mini ötdü – STATİSTİKA

“Türkiyədə son sutkada daha 64 nəfər pandemiyanın qurbanı olub”.

Median.Az-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 584 nəfərə çatıb.

Nazir həmçinin daha 2 253 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 131 744-ə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 78 202 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *