Goranboyda mal-qara almağa gedən kişi itkin düşdü – FOTO

Goranboyda 40 yaşlı kişi itkin düşüb.

Bu barədə redaksiyamıza itkin düşən şəxsin qardaşı məlumat verib.

Bildirilib ki, Goranboy rayon Əlirzalı kəndində yaşayan 1980-ci il təvəllüdlü Bayramov Cavid Sabir oğlu itkin düşüb.

Qardaşının verdiyi məlumata görə, o, mayın 2-si axşam saat 6 radələrində evdən mal-qara almaq üçün çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən onun üzərində 650 manat pul olub. C.Bayramovu kənd ərazisində mayın 2-si axşam saat 6-8 radələrindən sonra görən olmayıb.

Faktla bağlı Goranboy Rayon Polis İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri başlanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *