Metrodan maskasız istifadə edənlər cərimələnəcək? – RƏSMİ + VİDEO

“Maska olmamasına görə insanların cərimələnməsi ilə “Bakı Metropoliteni” məşğul olmur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

O qeyd edib ki, bununla aidiyyəti qurumlar məşğul olur:

“Metronun əksər stansiyalarında aptek var və insanlar oradan maska ala bilərlər”.

“Çalışmaq lazımdır ki, maska səhər saat 06:00-da yox, əvvəlcədən alınsın. Biz metrolarda fəaliyyət göstərən apteklərdə kifayət qədər maskanın olmasını xahiş etmişik”, – deyə sədr qeyd edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *