Bakıda üç yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində öldü

Bakının Suraxanı rayonunda azyaşlı bədbəxt hadisənin qurbanı olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 7-də, saat 18:00 radələrində üç yaşlı İbrahim Fərəcli evdə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *