Rusiyada hərbçilər arasında COVID-19-a yoluxanların sayı artdı

Rusiyada hərbçilər arasında koronavirusla bağlı keçirilən testlərin 1 622-si müsbət olub. Hərbi təhsil müəssisələrindəki kursantların isə 1 216-sı COVID-19 infeksiyasına yoluxub.

Median.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da, Rusiyada koronavirusa yoluxan hərbçilərin sayı 2 838-ə çatıb. Bundan başqa, mülki şəxslər arasında aparılan 390 test müsbət nəticələnib.

Qeyd olunub ki, müalicə alan 1 637 nəfər sağalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *