Bakıda DƏHŞƏT: Adamı öldürüb, parkda basdırdılar – FOTO

Bakıda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Median.Az-ın report-a istinadən xəbərinə görə, Xəzər rayonunda yerləşən “Dostluq” istirahət mərkəzində təmir işləri aparılan zaman torpağın altında insan skeleti aşkar edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tapılan skeletin şəxsiyyəti araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *