Azərbaycanlı yeniyetmə Ukraynada itkin düşdü – FOTO

Ukraynanın Krivoy Roq şəhərində itkin düşmüş Azərbaycan vətəndaşı axtarılır.

Sud.ua xəbər verir ki, bu barədə şəhər polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

13 yaşlı Azərbaycan vətəndaşı İbrahim Talib mayın 28-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş yeniyetmənin boyu 150-160 santimetrdir. Onun arıq bədən quruluşuna malik olduğu bildirilir. Evi tərk edərkən İ.Talibin üzərində mobil telefon olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *