Azərbaycanda baş həkim karantin qaydalarını pozduğuna görə işdən çıxarıldı

Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb karantin qaydalarına əməl etməməsi olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub.

(Report)

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *