Qazaxıstandan Azərbaycanla uçuşların bərpası ilə əlaqədar RƏSMİ AÇIQLAMA

Qazaxıstanla Azərbaycan arasında aviareyslərin bərpasına iyulun 1-dən sonra baxılacaq.

Median.Az bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

“Azərbaycan epidemioloji vəziyyətlə bağlı beynəlxalq uçuşlara 2020-ci ilin 1 iyuluna qədər məhdudiyyət qoyub.

Bununla əlaqədar olaraq, Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına göstərilən tarixdən sonra baxılacaq”, – açıqlamada qeyd olunur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *