Rusiyada COVID-19-a qarşı immunitet araşdırılacaq

Rusiyada COVID-19-a qarşı immunitetin tədqiqi Sankt-Peterburq şəhərində, Tümen vilayətində və Xabarovsk diyarında aparılacaq.

Bu barədə “RİA Novosti” agentliyi “Rospotrebnadzor”a istinadla məlumat yayıb. Tədqiqatın iyulda keçiriləcəyi planlaşdırılır.

Mənbəyə görə, bu məlumatlar ayrı-ayrı bölgələrdə və bütövlükdə ölkədə epidemioloji vəziyyətin inkişafını proqnozlaşdırmaq üçün zəruridir. Əldə ediləcək nəticələrə əsaslanaraq, COVID-19-dan zəruri qoruyucu tədbirləri təyin etmək, epidemiya prosesinin xüsusiyyətlərini anlamaq mümkün olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *