Azərbaycanda koronavirusa yoluxan 22 nəfər süni tənəffüs cihazına qoşulub – RƏSMİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

Median.Az TƏBİB-ə istinadən xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 622 test edildiyi bildirilib.

Məlumata görə, ölkə ərazisində indiyə qədər 362 654 test aparılıb.

Koronavirusa yoluxan 127 nəfər hazırda reanimasiyada müalicə alır. 22 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *