Polis mülki geyimdə avtobusları yoxladı, maska taxmayanları cərimələdi – FOTO

Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.

Median.Az “Qafqazinfo”- ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.

Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək.



Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *