Kürdəmirdə 38 yaşlı qadın yanıq xəsarəti alıb

Kürdəmir sakini ağır yanıq xəsarəti alıb.

“Report”un Yuxarı Şurvan bürosu xəbər verir ki, hadisə rayonun Cənub məhəlləsi adlanan ərazisində baş verib.

Rayon sakini, 38 yaşlı Mikayılova Lalə Müqabil qızı yaşadığı evdə qaz balonundan istifadə edərkən ehtiyatsızlıq edib. Nəticədə qaz balonu alışıb və qadın ağır yanıq xəsarəti alıb.

L.Mikayılova yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. L.Mikayılovaya 3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulub.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *