![]()
Təhsil Nazirliyi Samux icra başçısının müavininin ailəsinin koronavirusa yoluxması ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru, 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı 14 iyun 2020-ci ildə koronovirus (COVID-19) diaqnozu ilə bağlı Goranboy Rayon Xəstəxanasına yerləşdirilib:
“Məktəb direktorunun səlahiyyətləri 16 iyun 2020-ci ildən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib”.
* * * * *
Azərbaycanda icra başçının müavini koronavirusa yoluxub.
Oxu.Az-ın məlumatına görə, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev, onun həyat yoldaşı, oğlu və qayınanası koronavirusa yoluxublar.
Onlar xəstəxanada müalicə alırlar.
Leave a Reply