Qısa qapanma səbəbindən “Baktelecom” abunəçilərinin internet təminatında fasilə yaranıb

“Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, nəticədə bəzi “Baktelecom” abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb.

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *