İranda koronavirusdan ölәnlәrin sayı 9392 nәfәrә çatıb

“İranda ötәn sutka әrzindә daha 120 nәfәr koronavirusdan (COVID-19) ölüb”.

Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 9 392 nәfәrә çatıb.

Sadat Lari әlavә edib ki, ötәn 24 saat әrzindә daha 2 615 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 200 262 nәfәrә yüksәlib. Onlardan 2 833 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 159 192 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda indiyәdәk 1,37 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *