Gəncədə bacanaq bacanağı bıçaqlayıb

Gəncə şəhərində bacanaq bacanağı bıçaqlayıb.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Fərhad Qurbanov bud nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya yerləşdirilən F. Qurbanovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə F. Qurbanov ailə münaqişəsi zəminində bacanağı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *