Anar Süleymanov ATV-də verilişə başlayır – VİDEO

Kikboksinq məşqçisi, vaxtı ilə idmançı kimi bir neçə beynəlxalq yarışların qalibi olmuş Anar Süleymanov TV-də veriliş açıb.

Veriliş “Mix Fight” adlanır.

Layihənin rəhbəri Süleymanovun özüdür.

Artıq verilişin ilk çəkilişi bağ evlərindən birində olub. İlk qonaq digər kikboksinq məşqçisi Fuad Zeynalov olub.

Anar Süleymanovun saytımıza verdiyi xəbərə görə, ilk buraxılış iyulun əvvəllərində ATV telekanalında efir üzü görəcək. Veriliş hələlik sponsorsuzdur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *