Yunanıstanın bütün hava limanları İyulun 1-dən beynəlxalq reysləri qəbul edəcək

İyulun 1-dən etibarən Yunanıstanın bütün hava limanları beynəlxalq reysləri qəbul edəcək.

Median.Az Trend-ə istinadən bildirir ki, bunu hökumətin rəsmi nümayəndəsi Stelios Petsas deyib.

O bildirib ki, həmin tarixdən Yunanıstanın bütün dəniz limanları da beynəlxalq dəniz reyslərini qəbul etməyə başlayacaq.

İyunun 15-dən yalnız Afina və Saloniki hava limanları beynəlxalq reysləri qəbul edirdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *