29 yaşlı Ağstafa sakini özünə xəsarət yetirib

Ağstafa sakini özünə xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Aslan Vəliyev qolunun və bədəninin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilib, yaraları tikilib. Vəziyyətinin normal olduğu bildirilir.

Hadisənin hansı səbəbdən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *