Bakıda valideynlərinin diqqətindən yayınan körpəni maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Naximov küçəsində yaşayan babasıgilə qonaq gələn 2018-ci il təvəllüdlü Əliyev Adəm Tərxan oğlu valideynlərinin diqqətindən yayınaraq, hərəkətdə olan avtomobilin qarşısına qaçıb. Bu zaman onu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *