Bu dərman koronavirusa qarşı müalicədə effektiv deyil – Sınaq nəticəsi AÇIQLANDI

Qrip əleyhinə istifadə olunan “Favipiravir” (həmçinin “Aviqan” kimi də tanınır) preparatının yeni koronavirus (COVID-19) infeksiyasının müalicəsində effektiv olmadığı müəyyənləşib.

Median.Az APA-ya istinadən xəbər verir ki, “Kiodo” agentliyinin yaydığı məlumatda bildirilir ki, “Favipiravir” preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.

O da bildirilib ki, Yaponiyanın “Fujifilm Holdings” korporasiyası tərəfindən hazırlanmış “Favipiravir” preparatının klinik sınaqlarına bu ilin yazında başlanılmışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *