Ermənistan döyüşdəki itkilərini açıqlayıb

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi – mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bu barədə “Facebook” səhifəsində məlumat verib.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *