Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

“Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsə yeni direktor təyin olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *